-1 C
Baku
Saturday, December 14, 2024

ABŞ Hindistanla birlikdə PUA-lar istehsal edəcək

Vaşinqton Nyu-Dehli ilə birlikdə pilotsuz uçuş aparatları istehsal etmək niyyətindədir. Hindistanda istehsal olunacaq aparatlar regionun digər ölkələrinə ixrac ediləcək.

Bu barədə ABŞ müdafiə nazirinin Hind-Sakit Okean regionunda təhlükəsizlik məsələləri üzrə köməkçisi İlay Ratner deyib. Onun sözlərinə görə, Birləşmiş Ştatlar Rusiya istehsalı olan silahları əvəzləməyə və özünün müdafiə istehsalını artırmağa çalışan Hindistana “dəstək” verməyə çalışır.

İlay Ratner Hindistanın sonradan regiondakı iki tərəfdaş ölkəyə müvafiq məhsulları uyğun qiymətlərlə ixrac edə biləcəyini bildirib.

Pentaqonun nümayəndəsi qeyd edib ki, əsasən təyyarələrdən buraxılan pilotsuz uçuş aparatlarının və dronlara qarşı müdafiə sistemlərinin birgə istehsalı planlaşdırılır. Bundan başqa, ABŞ qısa və ortamüddətli perspektivdə Hindistanla iri silahların istehsalı imkanlarını da nəzərdən keçirir.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər