10 C
Baku
Wednesday, December 11, 2024

ABŞ İlon Maska beyin çiplərini insanlar üzərində sınaqdan keçirməyi qadağan edib

ABŞ Qida və Dərman İdarəsi (FDA) İlon Maska məxsus neyrotexnologiya şirkəti “Neuralink”in insanlar üzərində klinik sınaqlara başlamasına icazə verməyib. Qeyd edək ki, startap 2016-cı ildən nevroloji və digər xəstəliklərin müalicəsi üçün implantasiya edilə bilən çiplər hazırlayır.

Banker.az bu barədə Vc.ru-ya istinadən xəbər verir.

Tənzimləyicinin sözlərinə görə, klinik sınaqlara başlamazdan əvvəl “Neuralink” bir sıra problemləri həll etməlidir. İlk növbədə, təhlükəsizliklə bağlı problemləri. FDA-nın ən böyük narahatlığı çipin litium batareyasıdır. Bundan əlavə, implantın kiçik hissələrinin beynin digər sahələrinə köçməsi ehtimalı var, hansının ki toxumalara zərər vermədən çıxarıla biləcəyi sual altındadır.

“Neuralink”  FDA-nın müraciəti rədd etməsi ilə bağlı təfərrüatları açıqlamaqdan imtina edib. 2022-ci ilin noyabrında keçirilən təqdimat zamanı Mask şirkətin tənzimləyiciyə müraciət etdiyini açıqlayıb. Daha sonra “Neuralink” nümayəndələri tənzimləyicinin çiplərin təhlükəsizliyi ilə bağlı suallarının olduğunu etiraf ediblər.

Mask “Neuralink” cihazının iflic olan xəstələrin hərəkətliliyini bərpa edə biləcəyinə söz verib. Bununla belə, fevral ayında startapın həmtəsisçi Dongjin Seo bildirib ki, indi əsas qısamüddətli məqsəd iflic olan insanlara kompüterləşdirilmiş mətni yazmadan istifadə edərək ünsiyyət qurmağa imkan verəcək funksiya yaratmaqdır.

Xatırladaq ki, 2022-ci ilin noyabrında Mask öz startapının ilk məhsulunu, ciddi görmə qüsuru olan insanlar üçün nəzərdə tutulmuş cihazı təqdim edib. Milyarderin fikrincə, gələcəkdə çiplər piylənmə, autizm, depressiya və ya şizofreniya kimi xəstəlikləri müalicə edə biləcək.

Son xəbərlər
Digər xəbərlər