6 C
Baku
Sunday, December 15, 2024

ABŞ-ın ən iri bankları

Bu banklar nəinki ABŞ iqtisadiyyatdında, hətta dünya iqtisadiyyatında böyük rol oynayırlar. 

Bank of Nyu-York

demonocracy derivatives bank of new york mellon

BNY-nin derivativ öhdəlikləri $1375 trilyon dollardır. Bu “TBTF-bank” (iflas olmaq üçün həddindən artıq böyük hesab olunur). Hal-hazırda o fırıldaqçılıqda və Nyu-York ilə Los-Anceles şəhərlərinin pensiya fondları ilə imzalanmış müqaviləli öhdəliklərin pozulmasında ittiham olunur. Belə güman edilir ki, BNY Mellon bir neçə milyonlar dollar miqdarında lazım olduğundan artıq tələb irəli sürmüş və bunu gözlətmişdir.

State Street Financial

demonocracy derivatives state street bank

State Street Financial bankının derivativ öhdəlikləri  $1.390 trilyon dollardır. O da həmçinin TBTF-bank hesab olunur. CalPERS və CalSTRS pensiya fondları tərəfindən banka iri miqyaslı fırıldaqçılıq (saxtakarlıq) ittihamları irəli sürülüb (BNY-da olduğu kimi).

Morgan Stanley

demonocracy derivatives morgan stanley

Morgan Stanley bankının derivativ öhdəlikləri $1.722 trilyon dollardır. TBTF-bankdır. Bu yaxınlarda hökumətdən xilas edici maliyyə yardımı paketləri qəbul etdiyi halda, işçi personalına həddindən artıq yüksək ödənişlər etməsinə görə banka qarşı iddia ərizələri qaldırılmışdır.

Wells Fargo

demonocracy derivatives wells fargo

Wells Fargo-nun derivativ öhdəlikləri $3.332  trilyon dollardır. TBTF-bankdır. 2009-cu ilin martında Wachovia ( həmin zaman Wells Fargo-nun tərkibində olan) narkotik maddə qaçaqmalçılığı ilə bağlı pul köçürməsinə icazə verdiyinə görə 110 milyon dollar və 22 ton kokainin boşaldılmasına görə istifadə olunan nağd pulu izləmədiyə görə 50 milyon dollar cərimə edilmişdi. Bundan əvvəl isə Wachovia hökumətdən $159 milyon dollarlıq yardım paketi almışdır.

2008-2010-cu illərdə Wells Fargo bankı heç bir vergi ödəməmiş və vergi qoyuluşuna görə mənfi göstəriciyə malik olmuşdur, baxmayaraq ki, bu müddət ərzində o, $49 milyard dollar qazanmışdır.

HSBC

demonocracy derivatives hsbc

HSBC-nin derivativ öhdəlikləri $4.321 trilyon dollardır. O Honkonqda yerləşir buna görə də onu elə əvvəlcədən Hongkong and Shanghai Banking Corporation Limited adlandırırlar.

HSBC sıx şəkildə JP Morgan Chase ilə əməkdaşlıq edir. Hər iki korporasiya, qızıl və digər qiymətli metallara qarşı böyük maraq göstərirlər. Onların hər ikisinin adı tez-tez müxtəlif maliyyə qalmaqallarında hallanır.

Çoxsaylı iddiaları ilə yanaşı, hal-hazırda HSBC milyardlar ilə dolların yuyulması ilə bağlı istintaq prosesinin nəzarəti altındadır.

Goldman Sachs

demonocracy derivatives goldman sachs

Goldman Sachs – derivativ öhdəlikləri $44.192 trilyon dollardır.

Goldman Sachs digər banklar ilə müqayisədə bir sıra üstünlüklərə malikdir ki, bu da onun amerikan hökuməti ilə sıx əlaqəsinin olması ilə izah olunur. Bankın bir sıra keçmiş əməkdaşları Amerika hökumətinin aparıcı vəzifələrində təmsil olunur.

Goldman Sachs bankının keçmiş idarə heyətinin sədri Henk Polson Buşun dövründə maliyyə naziri oldu və 2008-ci il böhran zamanı hazırlanmış TARP qanun layihəsi məhz onun qələminin məhsuludur (problemli aktivlərin xilas edilməsi proqramı), bu proyektin həyat keçirilməsi 700 milyard dollar yardım paketi tələb edirdi.

Bank sənaye xammalı bazarının ən böyük oyunçularından biridir. 2009-cu ildə həmin bazarda spekulyasiyalar nəticəsində bank $955 milyon dollar qazanmışdır. Bu pulların bir hissəsi sizə də məxsus ola bilər.

Bank of America

demonocracy derivatives bank of america

Bank of America-nın derivativ öhdəlikləri $50.135 trilyon dollar təşkil edir.

BofA hərbçilərə xidməti verilmiş ipoteka mülkünün qeyri düzgün şəkildə müsadirəsi ilə bağlı məsələnin nizamlanmasına görə $22 milyon dollar ödəməli olmuşdur.

Bank WikiLeaks saytına hücum etmək üçün kibernetika xidmətləri göstərən iki firma ilə əməkdaşlığa başlamışdır. Amma Anonymous adı altında fəaliyyət göstərən xakerlər qrupu bu kompüter firmaların özlərinin sistemini sındıraraq ona müdaxilə etmişlər.

Bank of America Federal ehtiyatlar sistemindən $1.344 trilyon civarında pul yardımı almışdır.

Citibank

demonocracy derivatives citibank

Citibank isə $50.135 trilyon dollar həcmində derivativ öhdəliyə malikdir.

Citibank-ın müştərilərini öz hesablarını bağlamaq cəhdinə görə həbs etmişlər. İndoneziyada xüsusi  “sorğu-sual” otağında, müştərilərin dindirilməsi onlardan birinin ölümü ilə nəticələnib. 2011-ci ildə bank müştərilərə daşınmaz əmlak ilə təmin olunmuş obliqasiyalar satmış və eyni zamanda onların öz dəyərlərini itirməsinə pul qoyuluşu etmişdir, buna görə o, $285 milyon dollar cərimə ödəməli olmuşdur.

Citibank xilas edilməsi üçün FES-dən $2.513 trilyon dollar pul yardımı almışdır.

JP Morgan Chase

demonocracy derivatives jp morgan chase

JP Morgan Chase bankının derivativ öhdəlikləri $70.151 trilyon dollardır. Bu faktiki olaraq bütün qlobal iqtisadiyyatın həcmi boydadır

Şayiələrə görə JP Morgan Chase mis bazarının 50-80%-nə nəzarət edir, o boyum miqyaslı alınmalar sayəsində onu manipulyasiya edə bilir. Bazar həmçinin gümüş bazarını da çox uğurla manipulyasiya edir. O eyni zamanda Meksika körfəzinə neft dağılmasına görə cavabdeh olan BP şirkətinin (British Petroleum) ən böyük səhmdarlarından biridir.

O, hökumətdən $391 milyard dollar civarında pul yardımı almışdır.

demonocracy derivatives

Doqquz nəhəng bankın ümumi derivativ öhdəliklərinin miqdarı $ 228.72 trilyon dollardır.

Ağ evin qarşısında dayanmış balaca insana nəzər salın, dünyada başqa elə bir dövlət yoxdur ki, bu qədər pul kütləsinə sahib olsun.

Bu tənzimlənməyən bazar özlüyündə çox böyük risk kəsb edir. Bankların korrupsiyaya meyliliyi və mənəviyyatdan uzaqlığı vəziyyəti bir az da qəlizləşdirir.

Son xəbərlər
Digər xəbərlər