7 C
Baku
Thursday, December 12, 2024

ABŞ-ın böyük bankları yumşaq resessiya barədə xəbərdarlıq edib

“JP Morgan”, “Bank of America”, “Citigroup” və başqaları kimi ABŞ-ın iri bankları öz proqnozlarını bölüşüblər ki, bu proqnozlara əsasən ABŞ iqtisadiyyatı üçün əsas təhlükə inflyasiyadır. Baxmayaraq ki, onun səviyyəsi artıq altıncı aydır ki, azalmağa davam edir və 6.5% olaraq qərarlaşır, FED-in 2%-lik hədəfindən hələ də uzaqdır.

Banker.az bu barədə “Banki.ru”ya istinadən xəbər verir.

Bu baxımdan ötən il dəfələrlə faiz artıran FED 2023-cü ildə də bu kursu davam etdirəcək. “JP Morgan”, “Bank of America” və “Citi”nin fikrincə, nəticədə bu cür hərəkətlər ABŞ iqtisadiyyatında mülayim resessiyaya səbəb ola bilər. Bu o deməkdir ki, iqtisadi artım və əmək bazarı zəifləyəcək, lakin tənəzzül nisbətən qısa və çox ağrılı olmaya bilər.

Yüngül tənəzzül gözləyən “JP Morgan” problemli kreditlər üçün ehtiyatlarını 1.4 milyon dollar artırıb. “Bank of America” və “Citigroup” da mülayim resessiya gözləyir və ehtiyatlarını da artırıblar. Bununla belə, ekspertlərin fikrincə, ABŞ iqtisadiyyatı tənəzzülə uğramaya bilər.

Son xəbərlər
Digər xəbərlər