6 C
Baku
Sunday, December 15, 2024

ABŞ-ın energetika kompleksi iflas astanasındadır. Növbə kimdədir?

Şist neftin istehsalçıları, neft emalı zavodları və boru kəməri şirkətləri, dünyanın hər yerində olduğu kimi, büdcələrindəki “dəlikləri” bağlamaq üçün kredit alsalar da, tez-tez iflas prosedurları ilə qarşılaşırlar.
Qeyd edək ki, koronavirus pandemiyasının yayılması səbəbindən neftə tələbat təxminən 30% aşağı düşüb. Amerikan neftinin qiyməti beynəlxalq narahatlıqlar ilə əlaqədar olaraq 2 qat ucuzlaşıb.

Banker.az xəbər verir ki, “Haynes and Boone” hüquq şirkətinin verdiyi məlumata görə, ABŞ-dakı 60 müstəqil neft istehsalçısının təxminən yarısı, ehtimal ki, lazımi kreditləri almaq üçün yeni təminat axtarmalı olacaqlar.
Yaxın həftələrdə daha çox şirkət özünü “xilas” etmək üçün müvafiq addımlara əl atacaq. Onlara misal olaraq “Whiting Petroleum” şirkətini göstərmək olar.

ABŞ neft hasilatını artıq gündə 600 min barel azaldıb və bu, boru kəməri və mədən şirkətlərinin gəlirlərinin azalmasına gətirib çıxarır.
Məsələn, “PBF Energy” şirkəti son on ildə 1 miyard dollara altı neft emalı zavodunu satın alıb. İndi isə onun öz dəyəri bu satınalmalardan qat-qat aşağıdır. Ötən ayda PBF hidrogen qaz istehsalı zavodlarını 530 milyon dollara satacağını açıqlamışdır.

Son xəbərlər
Digər xəbərlər