13 C
Baku
Saturday, April 27, 2024

ABŞ-ın kommersiya neft ehtiyatları 480 mln. barelə yaxınlaşıb

Ötən həftənin yekunlarına görə, ABŞ-da neftin kommersiya neft ehtiyatları 7 648 min barel artaraq, 479 042 min barel təşkil edib.

Bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 2 083 min barel artacağını proqnozlaşdırırdı.

Onu da əlavə etmək lazımdır ki, ABŞ-ın kommersiya neft ehtiyatları ardıcıl olaraq 9 həftədir ki artır.

ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər