3 C
Baku
Saturday, December 14, 2024

ABŞ-ın kommersiya neft ehtiyatları yenidən artıb

Ötən həftənin yekunlarına görə, ABŞ-da neftin kommersiya neft ehtiyatları 1 550 min barel artaraq, 480 063 min barel təşkil edib.

Bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 188 min barel artacağını proqnozlaşdırırdı.

ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər