18 C
Baku
Wednesday, April 24, 2024

ABŞ-ın neft ehtiyatları azalıb – RƏSMİ

Ötən həftənin yekunlarına görə , ABŞ-ın kommersiya neft ehtiyatları 3,25 mln. barel azalaraq 482,21 mln. barel təşkil edib.

Bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 2,27 mln. barel azalacağını proqnozlaşdırırdı. Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər