6 C
Baku
Saturday, December 14, 2024

ABŞ-ın prosessor istehsalçısı “Qualcomm” şirkəti “Huawei” ilə əməkdaşlığı bərpa edib

ABŞ-ın prosessor istehsalçısı olan Qualcomm şirkəti Huawei ilə əməkdaşlığın bərpa olunduğunu elan edib. Qeyd etmək lazımdır ki, Huawei şirkəti hələ də ABŞ-ın ticarət nazirliyinin qara siyahısındadır. Qualcomm şirkətinin general direktoru həmçinin qeyd edib ki, o, bu iki şirkət arasında uzunmüddətli əməkdaşlığın əldə olunması üçün bütün səylərini göstərəcək.

 Bu barədə GSMarena saytı xəbər verib. Hələ bir neçə müddət bundan öncə ABŞ ilə Çin arasındakı ticarət müharibəsi səbəbilə Qualcomm şirkəti Huawei ilə əməkdaşlığı dayandırmaq məcburiyyətində qalmışdı. Lakin daha sonra Qualcomm-un general direktoru olan Steve Mollenkopf bildirdi ki, Huawei ilə əməkdaşlıq bərpa olunub.

Hal hazırda ABŞdan olan şirkətlər sanksiyaya məruz qalmış Çin şirkətləri ilə əməkdaşlıq üçün xüsusi icazə lisenziyasını əldə etməlidirlər. Analitiklərin verdikləri məlumatlara əsasən 2018-ci ildə ABŞ-ın Qualcomm, Intel və Micron kimi şirkətlərindən komponentlərin alınması üçün Huawei şirkəti 11 milyard dollar vəsait xərcləmişdi. 

©Technote.az

Son xəbərlər
Digər xəbərlər