10 C
Baku
Friday, December 13, 2024

ABŞ investorlarının Çinə marağı azalıb

“S&P Global Market Intelligence”in məlumatlarına görə, ABŞ-ın investisiya trestləri və vençur kapitalı şirkətlərinin Çinə marağı azalıb.

Banker.az xəbər verir ki, “S&P Global Market Intelligence”in məlumatlarına görə, cari ilin ikinci rübündə ABŞ-ın trestləri və vençur kapitalı şirkətləri tərəfindən Çində yatırılan investisiyalarının sayı 31%, bu investisiyaların dəyəri isə 79% azalıb. Belə ki, bu dövrdə Çində edilən birləşmə və investisiyaların sayı 50, bu investisiyaların ümumi dəyəri isə 2.2 milyard dollar olub. 2021-ci ilin ikinci rübündə isə ümumi dəyəri 10.35 milyard dollar olan 72 investisiya qoyulmuşdu.

Avqustun 9-na olan məlumata görə, ilin əvvəlindən investisiya əməliyyatlarının sayı 135 olub və bu investisiyaların ümumi dəyəri 5.75 milyard dollar təşkil edib. Ötən ilin eyni dövründə isə ümumi dəyəri 33.64 milyard dollar olan 331 investisiya qoyulmuşdu.

“S&P” Çinin iqtisadi vəziyyəti ilə bağlı narahatlıqların investisiyaların azalmasına səbəb olduğunu bildirib.

Son xəbərlər
Digər xəbərlər