-1 C
Baku
Sunday, December 15, 2024

ABŞ İrana xəbərdarlıq edib

Amerika Birləşmiş Ştatları İranı Yaxın Şərqdə mövcud böhranı gərginləşdirə biləcək hərəkətlər barədə xəbərdar edir.

Bunu ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya deyib.

“ABŞ dəfələrlə İrana və onun əlaltılarına daha geniş münaqişəyə səbəb ola biləcək hücumlara başlamaq üçün fürsətdən istifadə etməmələri barədə xəbərdarlıq edib. Biz İranın İraq və Pakistanda yerləşən bölgələrə hücumlarını pisləyirik”, – deyə xarici işlər nazirinin müavini bildirib.

Eyni zamanda, o, Vaşinqton adından “Ənsar Allah” hərəkatının (husilər) addımlarını, o cümlədən onların Qırmızı dənizdə gəmiləri atəşə tutmasını pisləyib:

“İcazə verin aydın şəkildə deyim: Birləşmiş Ştatlar bölgədəki şəxsi heyətini və maraqlarını qorumaq üçün beynəlxalq hüquqa uyğun olaraq müvafiq müdafiə tədbirləri görməyə davam edəcək”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər