21 C
Baku
Monday, April 29, 2024

ABŞ Konqresinin Nümayəndələr Palatası İsrailə $14.3 mlrd. yardımın ayrılmasını təsdiqləyib

ABŞ Konqresinin Nümayəndələr Palatası İsrailə 14.3 milyard dollar yardımın ayrılması və vergi xidmətinin maliyyələşdirilməsinin azaldılmasına dair qanun layihəsini qəbul edib. Prezident Co Bayden bundan əvvəl Ukraynaya hərbi, Qəzza sakinlərinə isə humanitar yardım göstərilmədən bu formada layihəyə veto qoyacağını vəd etmişdi.

Respublikaçıların nəzarətində olan aşağı palatada təşəbbüsü 226 konqresmen, o cümlədən 12 demokrat dəstəkləyib. İki respublikaçı da daxil olmaqla 196 nəfər qanun layihəsinin əleyhinə səs verib.

Oktyabrın 20-də Bayden qanunvericilərdən Ukrayna, İsrail və Tayvana hərbi yardım xərclərini, eləcə də ABŞ-ın cənub sərhədini gücləndirmək üçün xərclərin daxil olduğu paketin maliyyələşdirilməsi üçün 105.85 milyard dollar ayırmağı xahiş edib.

Noyabrın 1-də Ağ Ev Baydenin qanun layihəsinə hazırkı formada veto qoya biləcəyini açıqlayıb və Ukrayna, İsrail və Tayvana hərbi yardımın daxil olduğu yardım paketini gündəmə gətirmək üçün qanunvericilərlə işləməyə davam edəcəyinə söz verib.

Amerika qanunlarına görə, prezident hər iki palata tərəfindən təsdiq edilmiş qanun layihəsinə veto qoya bilər. Amma Konqres də öz növbəsində həm Senatda, həm də Nümayəndələr Palatasında səslərin 2/3-ni alarsa, vetodan yan keçmək hüququna malikdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər