8 C
Baku
Friday, December 13, 2024

ABŞ müdafiə naziri: “Rusiyaya qarşı qətiyyətimiz daha da güclənib”

“Bütün dünya Putinin seçdiyi təcavüzə köklənmiş və müharibə qanunlarına zidd müharibənin qəddarlığını bir daha gördü”.

Bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin bu gün Brüsseldə Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasında çıxışı zamanı deyib.

ABŞ müdafiə naziri deyib ki, Rusiya Ukrayna şəhərlərinə qarşı son hücumu zamanı mülki insanları öldürüb, yaralayıb və heç bir hərbi təyinatlı olmayan hədəfləri nişan alıb.

“Lakin Rusiyanın son hücumları Ukrayna xalqının qətiyyətini daha da gücləndirib və Yer kürəsinin hər bir nöqtəsindən olan xoşməramlı ölkələri daha da birləşdirib. Beləliklə, biz Ukraynanın özünümüdafiə hüququnu dəstəkləmək üçün bu gün yenidən toplaşmışıq. Bizim qətiyyətimiz daha da güclənib”, – ABŞ müdafiə naziri vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər