2 C
Baku
Saturday, December 14, 2024

ABŞ neftin qiyməti üzrə proqnozunu yüksəldib

ABŞ Energetika Nazirliyi 2023-cü ildə “Brent” markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu 79.34 dollardan 82.62 dollaradək yüksəldib.

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına əsasən, 2024-cü ildə neftin qiyməti 86.48 dollar təşkil edə bilər (öncəki proqnoz – 83.51 dollar).

Hesabata əsasən, WTI markalı xam neftin bir barelinin orta qiymətinin 2023-cü ildə 77.79 dollar (öncəki proqnoz – 74.43 dollar), 2024-cü ildə isə 81.48 dollar (öncəki proqnoz – 78.51 dollar) səviyyəsində olacağı ehtimal olunur.

Qeyd olunur ki, ötən il “Brent”in ortalama qiyməti 100.94 dollar, WTI-ın isə 94.91 dollar təşkil edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər