10 C
Baku
Thursday, December 12, 2024

ABŞ-nin büdcə kəsiri fevralda 12.9% artıb

Fevralda ABŞ hökumətinin büdcə kəsiri 296.275 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 12.9%  (262.434 milyard dollar) çoxdur, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

ABŞ-nin büdcə gəlirləri bir il əvvəlki 262.114 milyard dollarla müqayisədə 3.4% artaraq 271.126 milyard dollara çatıb. Xərclər 8.2% artaraq 524.548 milyard dollardan 567.401 milyard dollara yüksəlib.

Oktyabrın 1-də başlayan 2024-cü maliyyə ilinin beş ayı ərzində ABŞ-ın büdcə kəsiri 14.6% artaraq 828.135 milyard dollara çatıb.

Cari maliyyə ilinin əvvəlindən büdcə gəlirlərinin həcmi 7% artaraq 1.856 trilyon dollar təşkil edib.

2020-ci maliyyə ilinin sonunda ölkədə 3.1 trilyon dollarlıq rekord kəsir qeydə alınıb. Sonuncu dəfə büdcə profisiti 2001-ci maliyyə ilində olub.

Son xəbərlər
Digər xəbərlər