15 C
Baku
Friday, May 3, 2024

ABŞ-nin kommersiya neft ehtiyatları artıb

Ötən həftənin yekunlarına görə, ABŞ-də kommersiya neft ehtiyatları 1 367 min barel artaraq 448 530 min barel təşkil edib.

Bu barədə ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-nin kommersiya neft ehtiyatlarının 2 400 min barel artacağını proqnozlaşdırırdı.

ABŞ-nin neft ehtiyatları haqqında məlumatlar dünya bazarında “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər