27 C
Baku
Saturday, July 27, 2024

ABŞ-nin kommersiya neft ehtiyatları artıb

Ötən həftənin yekunlarına görə, ABŞ-də kommersiya neft ehtiyatları 1 338 min barel artaraq 432 403 min barel təşkil edib.

Bu barədə ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-nin kommersiya neft ehtiyatlarının 675 min barel azalacağını proqnozlaşdırırdı.

ABŞ-nin neft ehtiyatları haqqında məlumatlar dünya bazarında “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər