14 C
Baku
Saturday, May 4, 2024

ABŞ-nin kommersiya neft ehtiyatları azalıb

Ötən həftənin yekunlarına görə, ABŞ-də kommersiya neft ehtiyatları 6 368 min barel azalaraq 453 625 min barel təşkil edib.

Bu barədə ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-nin kommersiya neft ehtiyatlarının 1 600 min barel artacağını proqnozlaşdırırdı.

ABŞ-nin neft ehtiyatları haqqında məlumatlar dünya bazarında “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər