13 C
Baku
Tuesday, May 7, 2024

ABŞ-nin kommersiya neft ehtiyatları azalıb

Ötən həftənin yekunlarına görə, ABŞ-də neftin kommersiya neft ehtiyatları 5 054 min barel azalaraq, 460 914 min barel təşkil edib.

Bu barədə ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-nin kommersiya neft ehtiyatlarının 1 486 min barel azalacağını proqnozlaşdırırdı.

ABŞ-nin neft ehtiyatları haqqında məlumatlar dünya bazarında “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər