ABŞ-nin neft ehtiyatları bir həftədə 6,1 milyon barel azalıb

ABŞ-də kommersiya neft ehtiyatları son bir həftə ərzində 6,1 milyon barel azalaraq iyunun 19-na olan vəziyyətə görə 412,1 milyon barel təşkil edib. Bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, hazırkı ehtiyat həcmi ilin bu dövrü üçün son beş ilin orta göstəricisindən 7% aşağıdır.

Dünən Bakı vaxtı ilə saat 18:40-a olan məlumata görə, Londonun ICE birjasında 2026-cı ilin avqust tədarüklü Brent markalı neft fyuçerslərinin qiyməti 4,29% azalaraq bir barel üçün 73,77 dollara enib.

Eyni zamanda, avqust tədarüklü WTI markalı neft fyuçerslərinin qiyməti də 4,22% ucuzlaşaraq bir barel üçün 70,12 dollar təşkil edib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər