22 C
Baku
Tuesday, April 23, 2024

ABŞ özünü qorumaq üçün yeni addımlar atır

ABŞ hökuməti ölkəsinin texnologiyalarını qorumaq üçün xarici investisiyalara yeni məhdudiyyətlər gətirəcəyini açıqlayıb.

Banker.az Sputnik-ə istinadla xəbər verir ki, ABŞ Maliyyə Nazirliyindən verilən açıqlamada Xarici İnvestisiya Risklərini Qiymətləndirmə və Modernləşdirmə Qanunu (FIRRMA) çərçivəsində ilk tənzimləmələr bu il 10 noyabrda qüvvəyə minəcəyi deyilib.

Yeni tənzimləmənin məqsədi ölkənin milli təhlükəsizliyi baxımından əhəmiyyət kəsb edən texnologiyaların ələ keçirilməsinin qarşısını almaqdır.

Yeni dəyişikliklə xarici investorların təyyarə, kompüter, idarə olunan raket, hərbi tank, neft-kimya maddələri, yarımkeçiricilər, turbin, optik cihaz və s. ilə bağlı bütün investisiya fəaliyyətlərini ABŞ Xarici İnvestisiya Komitəsinə bildirməsi zəruri olacaq.

FIRRMA qanunu avqust ayında ABŞ Konqresindən keçmiş və ABŞ prezidenti Donald Tramp tərəfindən imzalanmışdı.

Çinli şirkətlərin son illər sürətlə artan texnologiya investisiyalarının ABŞ-ın bu sahədəki üstünlüyünü itirməsinə yol aça biləcəyi narahatlığı var. FIRRMA qanunu bunun qarşısını almaq üçün hazırlanıb.

2005-2017-ci illərdə çinli şirkətlər tərəfindən ABŞ-a qoyulan ümumi investisiyanın həcmi 171 milyard dollara çatıb.

Bu sərmayələrin təxminən 60 milyard dolları informasiya texnologiyaları, kommunikasiya, avtomobil, aviasiya və tibb sahəsində fəaliyyət göstərən texnologiya yönümlü şirkətlərə qoyulub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər