-1 C
Baku
Sunday, December 15, 2024

ABŞ Senatı Çini inkişaf edən ölkə statusundan çıxarmaq istəyir

ABŞ Senatının Xarici Əlaqələr Komitəsi dövlət rəsmilərindən Çinin inkişaf etməkdə olan ölkə statusunun beynəlxalq təşkilatlardan və razılaşmalardan çıxarmağa çalışmalarını tələb edən qanun layihəsini təsdiqləyib.

B barədə komitənin mətbuat xidmətindən məlumat verilib.

Sənədə əsasən, Vaşinqton administrasiyası “ABŞ-ın iştirakçısı olduğu hər hansı müqavilə və ya beynəlxalq sazişlərdə ÇXR-in inkişaf etməkdə olan dövlət kimi göstərilməsinə qarşı çıxmalıdır”.

Bundan əlavə, qanun layihəsi ABŞ hakimiyyətini Birləşmiş Ştatların üzv olduğu bütün beynəlxalq təşkilatlarda Çinin inkişaf etməkdə olan dövlət kimi təyin etməsinə və ya ona münasibət bildirməsinə qarşı tədbirlər görməyə istiqamətləndirir.

Mart ayında Konqresin Nümayəndələr Palatası sənədi təsdiqləyib. Qanun layihəsi indi tam Senatda səsə qoyulmalıdır.

Təşəbbüs müəlliflərinin fikrincə, ABŞ beynəlxalq təşkilatlardan tələb etməlidir ki, Çini “yuxarı orta gəlirli ölkə, yüksək gəlir səviyyəsi olan ölkə və ya inkişaf etmiş dövlət” kimi təsnif etsin. Qanunvericilər deyirlər ki, bu cəhdlərin uğurlu olub-olmamasından asılı olmayaraq, ABŞ Çinin “imtiyazlı rejim”dən istifadə etməməsini və “inkişaf etməkdə olan ölkə statusuna görə təşkilati yardım” almamasını təmin etməlidir.

ABŞ hökumətinin bütün bu tədbirlərin həyata keçirilməsi üzrə səylər barədə Konqresə hesabat verməsi gözlənilir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər