29 C
Baku
Thursday, May 30, 2024

ABŞ Senatı Ukrayna və İsrailə yardım layihəsini rədd edib

ABŞ Senatı Ukrayna və İsrailə dəstək, habelə ölkənin digər milli təhlükəsizlik prioritetlərini maliyyələşdirməyə dair ümumi məbləği 110 milyard dollar olan qanun layihəsini rədd edib. “The Washington Post” aydınlaşdırır ki, qanun layihəsinin qəbuluna 49 konqresmen “lehinə”, 51-i isə “əleyhinə” səs verib.

Rədd edilən yardım paketinə Ukrayna, İsrail, Tayvana dəstək, həmçinin ABŞ-Meksika sərhədində sərhəd patrulunun maliyyələşdirilməsi daxildir. Ağ Ev dəfələrlə bəyan edib ki, bu maliyyə təsdiq edilmədən ABŞ-ın bir neçə həftə ərzində Ukraynanı dəstəkləmək üçün pulu tükənəcək.

Dünən, dekabrın 6-da ABŞ Prezidenti Co Bayden Konqresi təcili olaraq Ukraynaya maliyyə yardımını təsdiqləməyə və partiyalararası fikir ayrılıqlarını bir kənara qoymağa çağırıb. O, Rusiyanın Ukraynanı məğlub edə biləcəyi təqdirdə NATO ölkələrinə hücum edəcəyi ilə bağlı fikirlərini bildirib. Respublikaçılar israr edirlər ki, yardım paketinə Meksika ilə sərhəddə immiqrasiya siyasətini sərtləşdirmək üçün düzəlişlər daxildir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər