-3 C
Baku
Sunday, December 15, 2024

ABŞ Süleyman Kərimovun lüks yaxtasını müsadirə edir

Rusiyalı milyarder və senator Süleyman Kərimovun “Amadea” adlı yaxtası müsadirə olunacaq.

Banker.az xəbər verir ki, Fici Ali Məhkəməsi ABŞ-ın bu məsələ ilə bağlı tələbini dəstəkləyib.

Xatırladaq ki, 300 milyon dollarlıq bu lüks yaxta may ayında ABŞ Ədliyyə Departamentinin tələbi və ABŞ-ın dəstəyi ilə Ficinin Lautoka şəhərində Federal Təhqiqat Bürosunun (FTB) qüvvələri tərəfindən ələ keçirilib. Süleyman Kərimov 2014 və 2018-ci illərdə Rusiyanın Suriya və Ukraynadakı əməliyyatlarına görə ABŞ tərəfindən sanksiya siyahısına salınıb. Bununla yanaşı, Kərimova Avropa İttifaqı (Aİ) tərəfindən də sanksiya tətbiq edilib.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər