10 C
Baku
Thursday, December 12, 2024

ABŞ Tayvana 850 milyon dollar dəyərində qırıcılar üçün raketlər və mərmilər tədarük edəcək

Çin Respublikası – Tayvanın hərbi qurumu ABŞ ilə qırıcı raketlərin tədarükü üçün ümumi dəyəri təxminən 26,69 milyard Yeni Tayvan dolları (təxminən 853,8 milyon ABŞ dolları) olan iki müqavilə imzaladığını elan edib.

Bu barədə TASS məlumat yayıb.

17,22 milyard Yeni Tayvan dolları (təxminən 550,9 milyon ABŞ dolları) dəyərində olan müqavilələrdən birincisi noyabrın 13-də imzalanıb və “hava-hava” və “hava-yer” sinifli raketlərinin tədarükünü nəzərdə tutur. Onlar 2032-ci ilədək sifarişçiyə çatdırılmalıdır. Dərc olunmuş sənədlərdə bu raketlərin nəzərdə tutulduğu döyüş təyyarəsinin tipi göstərilməyib, razılaşmanın müşayiəti ilə Hərbi Hava Qüvvələri komandanlığı məşğul olub. Silahların daşınma yeri olaraq Taydun qəza təyin edilib: Tayvan Hərbi Hava Qüvvələrinin 7-ci Qırıcı Qanadının Çjixan aviabazası orada yerləşir – Tayvanın ABŞ-dən sifariş etdiyi 66 ədəd F-16V Blok 70 qırıcısının gələcəyi məkan.0

Noyabrın 17-də “yüksək partlayıcı və digər mərmilərin” alınması üzrə ikinci müqavilə imzalanıb. Onun məbləği 9,47 milyard Yeni Tayvan dollarıdır (təxminən 302,95 milyon ABŞ dolları). “Szıyu şibao” qəzetinin silahlı qüvvələrdəki öz mənbələrinə istinadən verdiyi məlumata görə, söhbət Tayvanın CM-34 piyada döyüş maşınlarındakı 30 mm-lik avtomat silahlar üçün qəlpə-fuqas istiqamətverən, həmçinin çoxməqsədli və təlim mərmilərindən gedir.

Onlar Tayvan quru qüvvələrinin və polisinin əsas döyüş maşınlarından biridir. Hər bir piyada döyüş maşınının silahı üçün sursat tutumu 420 güllədir. Qəzetin mənbəsinin qeyd etdiyi kimi, alış irimiqyaslı münaqişə zamanı bu sursatların yüksək istehlakı səbəbindən onların arsenallarının artırılması zərurəti ilə diktə edilib. Mərmilər 2029-cu ilə qədər çatdırılmalıdır.

Son xəbərlər
Digər xəbərlər