2 C
Baku
Saturday, December 14, 2024

ABŞ Ukrayna üçün 800 milyon dollarlıq yeni hərbi yardım paketi hazırlayır

ABŞ Prezidenti Co Baydenin administrasiyası Ukraynaya təqribən 800 milyon dollar məbləğində əlavə hərbi yardım hazırlayır. Bu barədə bu gün açıqlama veriləcəyi gözlənilir.

Mənbələrin bildirdiyinə görə, Bayden öz səlahiyyətindən istifadə edərək yardımı təsdiq edəcək. Bu səlahiyyətlər prezidentə ABŞ-ın artıq silah ehtiyatlarından silah tədarük etməyə icazə verir.

Həmçinin qeyd edilib ki, bununla bağlı bəyanat gələn həftə də açıqlana bilər. Eyni zamanda yardım paketinin dəyəri dəyişə bilər.

 

 

Son xəbərlər
Digər xəbərlər