5 C
Baku
Saturday, December 14, 2024

ABŞ Ukraynaya yardım üçün ayrılan vəsaitin 96 %-ni xərcləyib

ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynaya yardım üçün ayrılan vəsaitin təxminən 96 %-ni xərcləyib.

Bu barədə Ağ evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə jurnalistlərə bildirib.

“Hərbi əməliyyatlar başlayandan bəri Ukraynaya yardım üçün ayırdığımız bütün vəsaiti, yəni 60 milyarddan çox dolları nəzərə alsaq, deməli, təxminən 96 %-ni xərcləmişik. Söhbət təkcə hərbi yardım üçün deyil, həm də maliyyə və iqtisadi dəstək, humanitar yardım üçün puldan gedir”, – Kirbi bildirib.

Onun sözlərinə görə, ABŞ həm də xüsusi olaraq hərbi yardım üçün ayrılan vəsaitin 90 %-dən çoxunu xərcləyib.

“İndi qış başlamazdan əvvəl Müdafiə Nazirliyinin təxminən 1,1 milyard dolları qalıb”, – o əlavə edib.

Son xəbərlər
Digər xəbərlər