Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar tətbiq etmək üçün qrup yaradacaq
ABŞ və Avropa İttifaqı Rusiya Federasiyasına qarşı tez bir zamanda sanksiyaların tətbiqi üçün işçi qrupu yaradacaq.
Bu barədə Almaniya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat verib.
“Digər məsələlərlə yanaşı, sanksiyaların tezliklə tətbiqini və sanksiyaya məruz qalan şəxslərin, onların ailələrinin və şirkətlərinin aktivlərinin dondurulmasını təmin etmək üçün ABŞ və Avropa İttifaqının nümayəndələrinin iştirakı ilə işçi qrupu yaradılacaq”, – məlumatda deyilir.