2 C
Baku
Saturday, December 14, 2024

ABŞ və Çin arasında müharibə ehtimalı: ümid onların görüşə qalıb

ABŞ-IN KEÇMİŞ DÖVLƏT KATİBİ və tanınmış siyasi eksperti 99 yaşlı Henri Kissincer vaxtilə ABŞ-la Çin arasında əlaqələrin memarı olub. ABŞ İkinci Dünya müharibəsindən sonra Çində kommunist hakimiyyətini tanımamışdı. Vaşinqton bunun əvəzinə Tayvan adasında yerləşən Çin rejiminə müxalif qüvvələri tanımışdı.

Ancaq kommunist Çin onilliklər ərzində gücləndi və Henri Kissincer ABŞ-ın o zamankı prezidentini anlatdı ki, Pekinlə əlaqə qurmaq lazımdır. İki ölkə arasında qarşılıqlı səfərlər reallaşdı və siyasi təmasların, o cümlədən istisadi əlaqələrin əsası qoyuldu.

Banker.az xəbər verir ki, bunula bağlı Bakıda mənzillənən Atlas araşdırmalar mərkəzi açıqlama verir.

Mərkəzdən deyilir ki, hazırda iki ölkə arasında münasibətlər gərgindir və Henri Kissincer narahatdır ki, ABŞ-la Çin Tayvan adasına görə müharibəyə başlaya bilərlər. ABŞ prezidenti Co Bayden noyabrda İndoneziyada “böyük iyirmilərin”  (G20) toplantısı çərçivəsində Çin lideri Si Sinpinlə görüşəcək.

Kissincer ümid edir ki, bu görüş iki ölkə arasında gərginliyi nisbətən azalda bilər.

Kissinger Ford and Mao 1975 A7912
Çin sədr Mao 1975-ci ildə prezident Ford və qızı Syuzan Fordla səfəri zamanı Henri Kissinceri salamlayır.

Henri Kissincer hesab edir ki, Pekin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibədən narahatdır və bu müharibəyə görə ABŞ-la münasibətləri daha da gərginləşdirmək istəmir.

Vaşinqton isə istəyir ki, Pekin ümumiyyətlə Kremli dəstəkləməsin. Ancaq bunu reallaşdırmaq çətindir.

Pekin Moskva ilə strateji tərəfdaşlıqdan imtina etməyəcək. Buna baxmayaraq, Rusiyanın Ukraynaya qarşı müharibəni dayandırmasını arzulayır. Çünki Rusiya-Ukrayna müharibəsi yeni “soyuq müharibəyə” şərait yaradır.

Pekin “soyuq müharibə” səbəbindən Qərblə iqtisadi əlaqələrinin zəifləməsini və regional layihələrinin təhlükə altına düşməsini istəmir.

Son xəbərlər
Digər xəbərlər