12 C
Baku
Wednesday, December 11, 2024

ABŞ və Çin iki ölkə liderlərinin görüşünə dair razılığa gəlib

Rəsmi Vaşinqton və Pekin noyabrda Birləşmiş Ştatların Kaliforniya ştatının San-Fransisko şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində ABŞ Prezidenti Cozef Bayden və Çin Sədri Si Szinpin arasında görüş üçün prinsipial razılığa gəliblər.

Bu barədə “Associated Press” amerikalı rəsmiyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, görüşün təfərrüatları, yeri və digər məsələlər hələ müzakirə edilməyib.

Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Prezident Cozef Bayden və Çinin xarici işlər naziri Van İnin APEC sammitində ABŞ-Çin sammitinin mümkünlüyünü müzakirə edib-etmədiyinə aydınlıq gətirməkdən imtina edib. Kirbinin sözlərinə görə, Bayden Si Szinpinlə “yenidən görüşməyi tamamilə gözlədiyini” qeyd edib.

Görüş baş tutsa, bu, iki liderin 2022-ci ilin noyabrında İndoneziyada danışıqlar aparmasından sonra ilk dialoqu olacaq.

Son xəbərlər
Digər xəbərlər