17 C
Baku
Monday, April 29, 2024

ABŞ və Hindistan qarşılıqlı konsulluqlar açacaq

ABŞ və Hindistanda yeni konsulluqlar açılacaq.

Bu barədə Hindistanın Baş naziri Narendra Modinin ABŞ-a dövlət səfərinə həsr olunmuş brifinqində çıxış edən ABŞ Administrasiyasının yüksək rütbəli nümayəndəsi bildirib.

Onun sözlərinə görə, tərəflər hərbi-texniki əməkdaşlıq sahəsində də böyük sazişlər bağlamağı planlaşdırır.

ABŞ Banqalor və Əhmədabadda yeni konsulluqlar açmaq niyyətindədir.

Hindistan da bu il Sietl ştatında konsulluğunun açılmasını planlaşdırır və bundan sonra ABŞ-dakı digər yeni konsulluqlarını açılışını elan edəcək.

Administrasiya rəsmisinin verdiyi məlumata görə, ABŞ Hindistan vətəndaşları üçün ölkəyə iş giriş vizalarının müəyyən kateqoriyalarının yenilənməsini asanlaşdıracaq.

Həmçinin əlavə olunub ki, ötən il ABŞ tərəfindən Hindistan vətəndaşlarına 125 min tələbə vizası verilib.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər