9 C
Baku
Thursday, December 12, 2024

ABŞ və İsrail İrana qarşı birgə təlimlər keçirməyi planlaşdırır

ABŞ və İsrail regionda İran və onun qüvvələrinin hücumunu simulyasiya edəcək birgə təlimlərin keçirilməsini müzakirə edib.

Bu barədə “Fox News” telekanalı məlumat yayıb.

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Aviv Koçavi və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli yaxın həftələrdə İsrail və İran arasında mümkün münaqişəyə hazırlamaq üçün birgə hərbi hava qüvvələrinin təlimlərini nəzərdən keçirir.

“Biz İrana və onun bölgədəki terrorçularına qarşı əməliyyat planlarını və əməkdaşlığı sürətləndirmək üçün kritik bir məqamdayıq”, – deyə o bildirib.

Əvvəllər o, Pentaqonda və Ağ Evdə bir sıra görüşlər keçirib, Yaxın Şərqdəki təhlükəsizlik təhdidlərini, ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla müzakirə edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər