25 C
Baku
Saturday, July 27, 2024

ABŞ viza şərtlərini çətinləşdirdi

Banker.az saytı Reuters agentliyinə istinadən xəbər verir ki, ABŞ prezidentinin administrasiyası amerikan vizalarının verilməsi üçün yoxlanış qaydalarını çətinləşdirib və ölkəyə səfər etmək arzusunda olan şəxslər üçün yeni anketi təsdiq edib.

ABŞ-ın potensial qonaqlarının yoxlanılması üçün nəzərdə tutulmuş yeni anketlər 23 may tarixində bir sıraq tənqidlərə baxmayaraq Menecment və büdcə məsələlərinin idarə edilməsi üzrə büro tərəfindən təsdiq edilib. Tənqidçilər əmindirlər ki, yeni suallar həddindən artıq qəliz olduğundan məlumatın qəbul edilməsi zamanı uzun-uzadı ləngimələrə gətirib çıxaracaq və əcnəbi tələbə və alimlərin ABŞ-a axınına maneə yaradacaq.

Yeni prosedur qaydalarına uyğun olaraq, məsul şəxslər viza üçün namizəd olan şəxsdən bütün əvvəlki xarici pasportların nömrələrini, son 5 ildə sosial şəbəkə hesabları ilə bağlı məlumatları, elektron ünvanın adını və telefon nömrəsini soruşa bilər. Həmçinin son 15 ili əhatə edən ünvan, iş yeri və səyahət tarixçəsi də daxil olmaqla bioqrafik məlumat da tələb edə bilərlər.

Qeyd edilir ki, anketdə bu sualların cavablandırılması mütləq deyil, lakin məsul şəxslər “namizədin şəxsiyyətini təsdiq etmək üçün mütləqdir” deyə qərar verərlərsə əlavə məlumat tələb edəcəklər.

 

Son xəbərlər
Digər xəbərlər