21 C
Baku
Saturday, May 4, 2024

Abşeronun bir hissəsinə qazın verilməsində fasilə yaranacaq

01.11.2023-cü il tarixdə saat 10:00-dan etibarən “Müşfiqabad” QPS-də görüləcək təmir işləri səbəbindən “Sulutəpə-Xırdalan” ölçü qovşağından qidalanan “Müşfiqabad Daxili” ölçü qovşağından ayrılan əhali qaz kəmərində qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, təmir işləri aparılan müddətdə Abşeron rayonunun Aşağı Güzdək, Daş-Güzdək, Hökməli qəsəbələrinin, həmçinin Atyalı və Nübar yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər