25 C
Baku
Friday, June 14, 2024

“Absheron Hotel Group” yeni şirkət yaradıb, Şuşada fəaliyyət göstərəcək

“Absheron Hotel Group” MMC-nin (AHG) Şuşadakı hotelini idarə edəcək şirkət yaradılıb və ora rəhbər təyin edilib.

Banker.az xəbər verir ki, “Shusha Hotel”i idarə edəcək şirkət “Shusha Hotel Company” MMC-dir. Şirkət 2023-cü ilin mart ayında yaradılıb.

Qanuni təmsilçi və ya şirkətin baş meneceri Babək Həsənov Xəzaim oğludur. Babək Həsənov öz sosial hesabında yeni vəzifəyə təyin olunduğunu bölüşüb. B.Həsənov buna qədər “Baku Marriott Hotel Boulevard”ın Qida və içki departamentinin direktoru idi.

2023-cü ilin ilk yarımilliyində açılışı planlaşdırılan və Şuşa şəhərinin mərkəzində yerləşəcək “Shusha Hotel” 150 otaq, iclas otaqları və 3 konseptual restorandan ibarət olacaq. Şirkət Şuşa şəhəri, Aslan Qaraşarovda 100 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb.

AHG “PASHA Holding” MMC-nin hotelçilik qolunda fəaliyyətdə olan şirkətlər qrupudur. “Shusha Hotel” onun gələcək planında olan üç layihədən biridir.  Digər iki hotel isə “Aghdam Hotel” və “AC Hotel Tbilisi”dir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər