5 C
Baku
Saturday, December 14, 2024

“Absheron Hotel Group”da satış direktoru təyin edildi

“PAŞA Holdinq”in otelçilik şəbəkəsinin menecmentini aparan şirkət “Absheron Hotel Group” MMC-nin Satış departamentinə rəhbərlik edəcək şəxs məlum olub.

Banker.az xəbər verir ki, bu, İlkin Rüstəmovdur.

İ.Rüstəmov buna qədər Tacikistanın paytaxtı Düşənbədə çalışırdı. O, 2019-cu ilin yanvarından Düşənbədə “Sirena Hotels”də Satış və marketinq departamentində direktor idi. 2020-ci ilin sentyabrında isə vəzifəsindən kənarlaşmışdı.

Lakin, bu İlkin Rüstəmovun “Absheron Hotel Group” şəbəkəsində ilk işi deyil. 2015-ci ildə çalışdığı “Rixos”un Azərbaycandakı şəbəkəsindən ayrılaraq “Abşeron Hotel Group”a  satış meneceri kimi təyinat almışdı. Bir il sonra, 2016-cı ilin sentyabrında “PAŞA Holdinq”in törəməsi – “PMD Hospitalty”ə Satış və marketinq departamentinin direktoru kimi təyin edilmişdi.

“Absheron Hotel Group” otel şəbəkəsi 2013-cü ildən Azərbaycan bazarına daxil olub. Hazırda 7.85 mln. nizamnamə kapitalına sahibdir. Şirkət Azərbaycanın paytaxtı Bakıda müvafiq beynəlxalq otel menecmenti şirkətləri tərəfindən idarə edilən iki lüks otel – “Four Seasons” və “JW Marriott Absheron”un sahibidir.

Bununla belə, onun şəbəkəsinə Azərbaycanın paytaxt və rayonlarında otellər, Türkiyə və Gürcüstandakı bir neçə otel daxildir.

 

Son xəbərlər
Digər xəbərlər