5 C
Baku
Friday, February 23, 2024

“AccessBank” böyüyüb, kredit portfeli artıb

“AccessBank” 2023-cü ilin 2-ci rübünü 19 milyon 469 min manat mənfəətlə başa vurub. 2022-ci ilin eyni dövründə bankın mənfəəti 1 milyon 840 min manat olmuşdur ki, bu da illik müqayisədə 10.5 dəfə artım deməkdir.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ KƏSKİN ARTIB

Yanvar-iyun aylarında “AccessBank”ın gəlirləri 98 milyon 653 min manat (əvvəlki ilə nisbətən 44% çox), xərcləri 74 milyon 235 min manat təşkil edib. Əvvəlki ildə bankın gəlirləri 68 milyon 672 min manat, xərcləri isə 61 milyon 717 min manat olub.

BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB

Bu ilin iyulun 1-nə “AccessBank”ın aktivləri 1 milyard 317 milyon manat olub ki, bu da ötən ilin sonuna nisbətən 13% çoxdur. Bunun 939 milyon 267 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli 15.5% böyüyüb.

“AccessBank”ın istehlak kreditləri 174 milyon 215 min manatdan 223 milyon 226 min manata, biznes kreditləri 634 milyon 17 min manatdan 710 milyon 793 min manata çatıb.

c1 2

c2 2 c3

Son xəbərlər
Digər xəbərlər