13 C
Baku
Friday, April 19, 2024

AccessBank-da departament rəhbəri təyin olunub

Bu gündən etibarən Elgin Cümşüdov AccessBank-da Pərakəndə Bankçılıq Departamentinin rəhbəri vəzifəsində fəaliyyətə başlayır.

Banker.az xəbər verir ki, o, bu təyinatadək Pərakəndə Bankçılıq Departamentinin rəhbərinin müavini vəzifəsində çalışıb.  

Cənab Cümşüdov 17 ildir ki, AccessBank-da işləyir. O, Bankın sıralarına 2005-ci ildə qoşulub. Fəaliyyətini Kredit Bək Ofis Departamentinin rəhbəri, daha sonra isə Qeyri-Kredit Məhsulları və Bank Xidmətləri Müştəriləri üzrə direktor vəzifələrində davam etdirib. 

Elgin Cümşüdov bakalavr təhsilini Dövlət İdarəçilik Akademiyasında, magistr təhsilini isə Dövlət İqtisad Universitetində alıb. 

Son xəbərlər
Digər xəbərlər