26 C
Baku
Wednesday, April 24, 2024

Accessbank daha 17 mln dollar kredit cəlb edir

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanda kiçik və orta biznesin inkişafını dəstəkləmək üçün AccessBank-a 17 milyon ABŞ dolları dəyərində kredit ayırıb.

“Biz Qara Dəniz Ticarət və İnkişaf Bankı kimi mühüm səhmdarımızın və, eyni zamanda, uzunmüddətli tərəfdaşımızın dəstəyini yüksək qiymətləndiririk. Hazırkı mürəkkəb iqtisadi şəraitdə bu addım QDTİB tərəfindən bankımıza olan inam və etimadın mühüm göstəricisidir. Həmçinin,  bu bir daha təsdiq edir ki, AccessBank öz səhmdarları tərəfindən tam dəstəklənir. Cəlb olunan vəsait Bankın kiçik və orta bizneslə məşğul olan müştərilərinə ayrılacaq. Həmin KOB müştərilərin böyük hissəsi ölkənin regionlarında fəaliyyət göstərir və, beləliklə, QDTİB-dən cəlb olunan vəsait regional iqtisadiyyatın inkişafının artırılmasına təkan verəcək”, – AccessBank adından İdarə Heyətinin sədri Michael Hoffmann bu sazişi şərh edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər