“AccessBank”ın departament direktoru vəzifəsini tərk edib

“AccessBank” QSC-nin Marketinq departamentinin direktoru vəzifəsini tərk edib.

Banker.az xəbər verir ki, Ceyhun Atayev bu vəzifəni tərk edib.

O, 2020-ci ilin yanvarından bu vəzifəyə təyin edilmişdi.

Ceyhun Atayev, əmək fəaliyyətinə 2007-ci ildən başlamasına rəğmən, 2014-cü ildən bank sferasına daxil olub. Belə ki, “PAŞA Bank” ASC-də Davamlı İnkişaf məsələləri üzrə Baş Meneceri vəzifəsində çalışıb.

C.Atayev Amerika Birləşmiş Ştatlarının Minnesota Universiteti və Şotlandiyanın Sterlinq Universitetlərində ali təhsil dərəcələrinə yiyələnib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər