8 C
Baku
Friday, December 13, 2024

“AccessBank”ın mənfəəti 6 dəfə artıb

“AccessBank” bu ilin 1-cü rübünü 803 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın mənfəəti 135 min manat olub ki, bu da illik müqayisədə 6 dəfə artım deməkdir.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ KƏSKİN ARTIB

Yanvar-mart aylarında “AccessBank”ın gəlirləri 32 milyon 487 min manat (əvvəlki ilə nisbətən 36% çox), xərcləri 30 milyon 109 min manat təşkil edib.

AKTİVLƏRİ ARTIB, KREDİT PORTFELİ BÖYÜYÜB

Bu ilin aprelin 1-nə “AccessBank”ın aktivləri 983 milyon 616 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 5.5% çoxdur. Bunun 666 milyon 925 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 3 ayda bankın kredit portfeli 5.5% böyüyüb.

DEPOZİT PORTFELİ ARTIB

“AccessBank”ın öhdəlikləri 6% artaraq 893 milyon 180 min manata, depozit portfeli 8% artaraq 744 milyon 611 min manat, kapitalı 1.2% artaraq 90 milyon 436 min manata çatıb.

 

Son xəbərlər
Digər xəbərlər