-1 C
Baku
Sunday, December 15, 2024

“AccessBank”ın ötən il mənfəəti 14 dəfə artıb

“AccessBank” 2022-ci ili 15 milyon 37 min manat mənfəətlə başa vurub. 2021-ci ildə bankın mənfəəti 1 milyon 106 min manat olmuşdur ki, bu da illik müqayisədə 14 dəfəyə yaxın artım deməkdir.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ KƏSKİN ARTIB

2022-ci ildə “AccessBank”ın gəlirləri 153 milyon 633 min manat (əvvəlki ilə nisbətən 37% çox), xərcləri 129 milyon 299 min manat təşkil edib. Əvvəlki ildə bankın gəlirləri 111 milyon 962 min manat, xərcləri isə 110 milyon 698 min manat olub. Gəlirləri xərclərini üstələdiyindən ötən il “AccessBank” 24 milyon 334 min manat əməliyyat mənfəəti edib. 2021-ci ildə bu göstərici 1 milyon 264 min manat olub. (19.3 dəfə artım)

BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB

Bu ilin yanvarın 1-nə “AccessBank”ın aktivləri 1 milyard 169 milyon manat olub ki, bu da ötən ilin sonuna nisbətən 1.3 dəfə çoxdur. Bunun 813 milyon 549 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli 29% böyüyüb.

“AccessBank”ın istehlak kreditləri 86 milyon 221 min manatdan 174 milyon 215 min manata, biznes kreditləri 539 milyon 369 min manatdan 634 milyon 17 min manata çatıb.

DEPOZİT PORTFELİ ARTIB

Hesabat dövründə “AccessBank”ın öhdəlikləri 1.3 dəfə artaraq 1 milyard 56 milyon manata, depozit portfeli 25% artaraq 860 milyon 54 min manat, kapitalı 26% artaraq 112 milyon 762 min manata çatıb.

a4

a5

a2a3

Son xəbərlər
Digər xəbərlər