15 C
Baku
Saturday, April 27, 2024

“Accessbank”ın yeni icraçı direktoru Günay Cəlilovanı yaxından tanıyaq

Xəbər verdiyimiz kimi, 100% xarici kapitallı “AccessBank” QSC-də yeni səhmdarlar açıqlandıqdan sonra yeni struktur dəyişikliyi elan edilib.

Banker.az-ın məlumatına görə, bu yeniliklərdən biri də icraçı direktorların sayının artırılması olub.

Yeni icraçı direktor vəzifəsinə 13 il adıçəkilən bankda çalışan Günay Cəlilova təyin olunub.

“G.Cəlilova Korporativ bankçılıq və Marketinq departamentlərinə, həmçinin Müştərilərlə əlaqə mərkəzinə kurasiya edəcək” – deyə, bankın öz açıqlamasında da bildirilir.

Günay Cəlilova 2006-cı ilin aprelində – ilk karyerasını “Accessbank” QSC-də başlayıb, hansı ki, həmin il ərəfəsində bu bank “Azərbaycan Mikromaliyyələşdirmə Bankı” QSC adı altında (2008-ci ilə qədər) çıxış edirdi. Bankın rebrendinq ərəfəsində G.Cəlilova artıq bankın Filial Meneceri, daha sonra, yəni, 2016-cı ildən bu günə qədər isə Marketinq-Korporativ Bankçılıq Departamentində direktor vəzifəsində çalışıb.

Bildirək ki, Cəlilova Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə üzrə magistr, Böyük Britaniyanın Warwick biznes məktəbində (University of Warwick) MBA dərəcəsini almışdır.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər