1 C
Baku
Saturday, December 14, 2024

AÇG-dən 264 mln. ton “mənfəət nefti” satılıb

İşlənmənin əvvəlindən (1997-ci il) bu il avqustun 1-dək Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇ) yataqlarından 462,3 mln. ton neft və 147,6 mlrd. kubmetr qaz hasil olunub.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə “İki sahil” qəzetindəki məqaləsində məlumat verib.

O xatırladıb ki, artıq 19-cu ildir “Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları “mənfəət nefti”ndən gəlir əldə edirlər.

X.Yusifzadə bildirib ki, bu il avqustun 1-dək dünya bazarlarında Azərbaycanın payına düşən 264 mln. ton “mənfəət nefti” satılıb ki, bu da həmin vaxtadək çıxarılmış “Azəri-Çıraq-Günəşli” neftinin 57,1 faizini təşkil edir.

Xatırladaq ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb.

2017-ci il sentyabrın 14-də “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb.

© Report

Son xəbərlər
Digər xəbərlər