8 C
Baku
Friday, December 13, 2024

AÇG və “Şahdəniz”dən indiyədək 592 mln. tona yaxın neft hasil edilib

Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları bloku və “Şahdəniz” qaz-kondensat yatağı istismara veriləndən 01 iyun 2022-ci il tarixinədək 591,6 mln. tona yaxın neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən verilən məlumata görə, “Azəri-Çıraq-Günəşli”dən 555,3 mln. ton neft, “Şahdəniz”dən isə 36,3 mln. ton kondensat çıxarılıb.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2022-ci ilin 01 iyun tarixinədək 591 mln. ton neft ixraca nəql edilib”, – məlumatda qeyd olunub.

Məlumata görə, 2022-ci ilin yanvar-may aylarında Azərbaycanda 13,9 mln. ton neft (kondensatla birlikdə) hasil edilib. Respublika üzrə neft hasilatının 8,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,9 mln. tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,2 mln. ton təşkil edib.

 

MənbəApa
Son xəbərlər
Digər xəbərlər