10 C
Baku
Wednesday, December 11, 2024

ADA Universitetində hüquqşünaslıq ixtisası açılıb, 40 yer ayrılıb

ADA Universitetində daha bir ixtisas açılıb.

Universitetin mətbuat xidmətindən “Report”a verilən xəbərə görə, 2018-2019-cu tədris ili üçün elan olunan bakalavr ixtisaslarına hüquqşünaslıq da əlavə edilib.

Bildirilib ki, Nazirlər Kabineti bununla bağlı müvafiq sərəncam imzalayıb. Əyani və ödənişli olan hüquşünaslıq ixtisasına qarşıdan gələn tədris ilində 40 bakalavr yeri ayrılıb. Abituriyentlər sənədlərini Dövlət İmtahan Mərkəzinin III qrup üzrə imtahan nəticələri əsasında verə biləcəklər.

ADA Universitetindəki digər ixtisaslarda olduğu kimi hüquqşünaslıq ixtsası üzrə təhsil dörd illikdir və ingilis dilində aparılır. İxtisas fənnlərinin bir qismi azərbaycan dilində tədris ediləcək.

Sentyabrda dərsə başlayacaq tələbələr ilk tədris ilini ingilis dili səviyyəsini bu sahə üzrə ali təhsil ala biləcək səviyyəyə qaldırmağa sərf edəcəklər. İngilisi dili məqbul olan tələbələr isə birbaşa bakalavrat proqramına başlaya biləcəklər. Tədris proqramı sosial və humantiar elmlər, riyaziyyat və məntiq, akademik yazı və liderlik bacarıqları üzrə ümumi təhsili, həmçinin ixtisas fənləri və karyeraya hazırlıq mərhələsini əhatə edir. Tələbələrə ADA Universitetinin əməkdaşlıq etdiyi dünyanın 60 aparıcı ali təhsil ocaqlarının birində bir semestrlik təhsil mübadiləsi imkanı veriləcək.

Yeni ixtisas ADA Universitetinin İctimai və Beynəlxalq Münasibətlər İnstitutu tərkibində açılıb. İnstitutun dekanı Elnur Soltanov bildirib ki, bu sahə üzrə gənc kadrların ingilis dilində təhsil alması ölkədə keyfiyyətcə yeni hüquq mütəxəssisləri hazırlmağa imkan yaradacaq: “Son bir il ərzində üzərində işlədiyimiz tədris proqramı dünyanın ən aparıcı hüquq təhsili proqramları üzərində qurulub və güclü təhlil qabiliyyətli, kritik hüquq düşüncəli, yüksək etik dəyərlərə malik gənc kadrların hazırlanmasına istiqamətlənib. Ixtisas fənnləri arasında hüquq fəlsəfəsi, konstitusiya hüququ, mülki hüquq, cinayət hüququ, biznes, maliyyə bazarları, əqli mülkiyyət, vergi, insan haqları, informasiya texnologiyaları və digər institusional sahələrə aid qanunvericilik və məhkəmə təcrübəsi tədris ediləcək”.

Son xəbərlər
Digər xəbərlər