2 C
Baku
Saturday, December 14, 2024

ADIF ləğvedici olduğu banklar üzrə kreditlərin sayını açıqlayıb

Bu il oktyabrın 1-nə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) ləğvedici olduğu banklar üzrə 116 458 kredit olub.

Bu barədə ADIF məlumat yayıb.

Məlumata görə, bunlardan 47 482-si məhkəməyəqədərki, 8 807-si məhkəmə, 60 169-u isə icra statusundadır. Xatırladaq ki, hazırda Azərbaycanda 21 bank ləğv prosesindədir. Bunlar ​​”AG Bank”, ​”Amrah Bank”, “Atabank”, ​”Atra Bank”,”Bank of Azerbaijan”, ​”Borçalı Bank”, ​”Evro Bank”, ​”Kredo Bank”, ​”Royal Bank”, ​”Texnika Bank”, ​”Yunayted Kredit Bank”, ​”Zamin Bank”, “Azərbaycan Kredit Bankı”, “Birlik Bank”, “Debüt Bank”, “Deka Bank”, “Dəmir Bank”, “Gəncə Bank” “NBC Bank”, “Qafqaz İnkişaf Bankı” vəASC-lər, “Bank Standard” QSC-dir.

Son xəbərlər
Digər xəbərlər