16 C
Baku
Tuesday, April 30, 2024

ADNSU-ya cərimə protokolu yazılıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə cərimə protokolu yazılıb.

Banker.az-ın xəbərinə görə, universitet barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 192.1-ci (Əmək qanunvericiliyinin pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

İş hakimElməddin Hüseynov icraatına verilib.

Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.

Bu xətaya görə, fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər