6 C
Baku
Sunday, December 15, 2024

“Adobe” şirkəti “Figma”nı 15 mlrd. dollara alır

“Adobe” şirkəti dizaynerlər üçün nəzərdə tutulan “Figma” xidmətini alır. “Bloomberg” agentliyinin məlumatına əsasən, müqavilənin dəyəri 15 milyard dollar təşkil edir.

Banker.az bu barədə “VC.ru”ya istinadən xəbər verir.

Qeyd olunur ki, müzakirələr hələ də gedir və müqavilə şərtləri dəyişdirilə bilər. 2021-ci ildə “Figma” 10 milyard dollar qiymətləndirmə ilə 200 milyon dollar investisiya cəlb edib.

“Figma” 2012-ci ildə Dilan Fild tərəfindən yaradılıb. Onlayn qrafik-redaktor real vaxt rejimində işləməyə imkan verir.

Son xəbərlər
Digər xəbərlər