-3 C
Baku
Sunday, December 15, 2024

Adrian Lamo – bir xakerin tarixçəsi

Hazırda söhbət açacağımız şəxsi Amerikada bir çoxları tanıyır: federal marşallar, FTB və polis onu axtardığı bir vaxtda o NBC, CNN kanallarının canlı efirində çıxış etməyə cürət etmiş, 32 yaşına baxmayaraq AOL, AOL, Yahoo, Microsoft, Excite@Home, AT&T Telecom, MCI WorldCom, Intel, Bank of America, CityBank, Cisco, Google və bir sıra məşhur şirkətlərin şəbəkələrini sındırmağı bacarıb.

Bu məqalədə isə məşhur xaker haqqında bir sıra maraqlı faktları təqdim edəcəyik:

Adrian Lamo dünyanın bəlkə də yeganə evsiz xakeridir. O adətən atılmış binalarda, isti havalada park skamyalarının üzərində, soyuq havalarda isə gənclərin yığıncaqlarında gecələyir. İnternetə isə internet kafe, bar və pulsuz simsiz internetin olduğu yerlərdən daxil olur. O demişdir: “Ömrüm boyu internet üçün 1 qəpik belə olsun ödəməmişəm”. Təhsili isə faydasız hesab etdiyindən uzun müddətdir ki, tərk edib və o zamandan etibarən bir yerdə uzun müddət qalmayaraq bütün Amerikanı gəzir.

Lamo-nun hər hansı bir şirkətin qapalı internet şəbəkəsinə daxil olması üçün adi brauzerdən istifadə etməsi kifayətdir. Heç bir əlavə xaker proqramından istifadə etməmək onun əsas xüsusiyyətidir.

Adrian Lamo 2002-ci ildə bir nəhəng saytın xakerlər tərəfindəən sındırılması ilə bağlı ekspert qismində NBC Nightly News verilişinə dəvət edilmişdi. Aparıcının “NBC telekanalının şəbəkəsinə daxil ola bilərmisiniz?” zarafat tipli sualına cavab olaraq Adrian Lamo öz noutbukunu açmış və  cəmi 5 dəqiqə ərzində şəbəkəyə daxil olmuşdu.

Onun 23 yaşı olduqda The New York Time qəzetinin internet şəbəkəsindəki boşluqlardan istifadə edərək cəmi 5 dəqiqəyə ona giriş əldə edir. Bundan əlavə, şəbəkənin məlumat bazasına daxil olmaq üçün ona əlavə 1 saat da lazım olur. Hər zaman olduğu kimi o qəzet rəhbərliyinə şəbəkədəki boşluğu xəbər verir və bunu düzəltmək lazım olduğunu bildirir. Rəhbərlik isə öz növbəsində bir xaker tərəfindən verilən məsləhəti böyük heyrət və təəccüblə qarşılayır və onun kim olduğunu soruşurlar.

Belə olduqda qəzet rəhbərliyini inandırmaq üçün o geri dönür və məlumat bazasında öz məlumatlarını IT təhlükəsizlik üzrə mütəxəssis olaraq qeyd edir. O yenidən administratorlara məktub göndərir və bu zaman onların IT avtoritetlərinin məlumatlarından qaynaqlanan rezümesini yollayır. O məktuba ABŞ-ın keçmiş prezidenti Cim Karterin mobil nömrəsini də əlavə edir. Bu məlumatı isə yalnızca Amerikanın VIP şəxslərinin kontaktlarının olduğu bazadan əldə etmək mümkündür.

Bu dəfə artıq ona inanırlar. Lakin hadisələr heç də Adrian Lamo-nun xeyrinə olmur. Belə ki, qəzet rəhbərliyi FTB-na rəsmi şəkildə müraciət etmişdi. O məlumat bazasına qanunsuz daxil olmaqda, 3000-dən çox Hollywood ulduzunun, məşhur aktyorların, musiqiçilərin, siyasi liderlərin, idmançıların, biznesmenlərin, teleaparıcıların, modellərin və həmçinin Amerikanın məşhur jurnalist və yazıçıların telefon nömrələrini əldə etməkdə təqsirli bilinmişdi.

Son xəbərlər
Digər xəbərlər